4 avqust 2013 21:55
Qarabağ İnterə qalib gəldi, XL Sumqayıta məğlubiyyətdən qaçdı (YENİLƏNİB)
Bu gün Topaz Premyer Liqasında 1-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son gündə iki görüş baş tutub.
Artıq indidən çempionatın aşkar autsayderi hesab olunan “Sumqayıt” “Xəzər Lənkəran”ı qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsalar da, qonaqlar ikinci hissədə məğlubiyyətdən yaxa qurtara biliblər və görüş heç-heçə bitib.
Turun son oyununda isə bu mövsüm avrokuboklarda çıxış etmiş iki komandamız üz-üzə gəlib. Artıq mübarizəni dayandırmış “İnter” qitə arenasında tək qalan təmsilçimiz “Qarabağ”ı qəbul edib. Bu qarşılaşmada da hesabı meydan sahibləri açıblar. Amma "Xəzər Lənkəran"dan fərqli olaraq, Ağdam klubu nəinki hesaba tarazlıq gətirib, hətta qələbə qolunu da vurmağı bacarıb.
Topaz Premyer Liqası
1-ci tur
4 avqust
Sumqayıt - Xəzər Lənkəran - 1:1
Qollar: V.Əsgərov, 42 (1:0), F.Nildo, 67 (1:1)
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Rza Məmmədov, Feyzulla Feyzullayev.
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu.
İnter - Qarabağ - 1:2
Qollar: V.Cavadov, 7 (1:0), Çumbinyo, 37 (1:1), L.Corc, 57 (1:2)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov
Bakı. “Şəfa” stadionu.
İlk turun digər oyunları: Bakı – Qəbələ - 1:2, Simurq – Rəvan – 2:0, Neftçi – AZAL – 4:1.
