3 avqust 2013 14:59
Millimizin oyununa biletlərin daha bir satış nöqtəsi açıldı
Xəbər verdiyimiz kimi, avqustun 14-də, saat 21:00-da Azərbaycan və Malta milli komandaları arasında "Bakcell Arena"da keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, artıq daha bir satış nöqtəsində - Park Bulvar Alış-Veriş Mərkəzində bilet almaq mümkündü.
Xatırladaq ki, biletlər daha əvvəl "Bakcell Arena"nın kassalarında və 28 Mall Ticarət Mərkəzində satılırdı.
Biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-di.
