4 avqust 2013 22:17
Qurban Qurbanov: Müəyyən problemlərimiz var idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 1-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı və çətin oyun oldu, qalib gəldik. Oyun sistemində müəyyən problemlərimiz var idi. Oyunun gedişində daha az təcrübəsi olan futbolçularımız özünə gəldi. Getdikcə oyunlar daha da çətinləşəcək. Hər oyunda diqqətli olmalıyıq. Avroliqadakı oyuna ciddi hazırlaşmalıyıq. Növbəti iki gündə futbolçuların fiziki durumunu bərpa etməyə çalışacağıq”.
