4 avqust 2013 23:24
Abışov ehtiyatda qaldı, Rubin xal itirdi
Futbol üzrə Rusiya Premyer Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Ruslan Abışovun çıxış etdiyi “Rubin” ÇSKA ilə üz-üzə gəlib.
Kazanda keçirilən oyun qolsuz başa çatıb.
“Rubin”in baş məşqçisi Kurban Berdiyev Ruslana bu dəfə də şans verməyib. Millimizin üzvü matçı ehtiyat oyunçular skamiyasından izləyib.
Qeyd edək ki, “Rubin” geridə qalan 4 turda cəmi 6 xal toplaya bilib. Bu komanda hazırda 6-cı pillədə qərarlaşıb.
