4 avqust 2013 23:30
Millimizin futbolçusu oynamadı, komandası kuboka qələbə ilə başladı
Futbol üzrə Almaniya kubokunda yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Əli Gökdəmirin çıxış etdiyi “Hannover” “Viktoria”nın (Hamburq) qonağı olub.
2:0 hesablı qələbə qazanan millimizin üzvünün çıxış etdiyi klub mərhələ adlayıb. Komandasının yoxlama oyunlarının əksəriyyətində forma geyinən, son iki qarşılaşmanı isə zədə səbəbindən buraxan Əli meydana çıxmayıb.
