4 avqust 2013 23:46
Qarabağın rəqibi qələbə qazana bilmədi
“Qarabağ”ın Avropa Liqasının üçüncü təsnifat mərhələsindəkiı rəqibi olan “Gefle” İsveç çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, ilk oyununda Ağdam klubuna Bakıda 0:1 hesabıyla uduzan komanda 18-cu turda “Atvidaberq”in qonağı olub.
Hesabı 53-cü dəqiqədə Mikael Dahlberq açıb. Lakin “Gefle” üstünlüyü qoruya bilməyib və 86-ci dəqiqədə qapısında qol görüb. Oyun 1:1 hesabı ilə başa çatıb. Xal hesabını 18-ə çatdıran “Qarabağ”ın rəqibi turnir cədvəlinin 11-ci pilləsindəki yerini qoruyub.
Qeyd edək ki, “Qarabağ”la “Gefle”arasındakı cavab matçı avqustun 8-də İsveçdə keçiriləcək.
