5 avqust 2013 00:14
Hüseynov oynadı, komandası qələbə qazandı
Türkiyənin “Bucaspor” klubu növbəti mövsümə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramal Hüseynovun şərəfini qoruduğu bu komanda “Nezilli Belediyespor”la qarşılaşıb.
Qarşılaşmada bütövlükdə beş qol vurulub. Qələbəni isə həmyerlimizin komandası bayram edib – 3:2.
Hüseynov meydana start heyətdə çıxıb. O, ikinci yarıda başqa futbolçu ilə əvəzlənib.
