5 avqust 2013 00:27
Futbolçumuz oynadı, komandası qalib gəldi
Türkiyənin “Kahramanmaraşspor” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, PTT Birinci Liqa klubu növbəti mövsümə hazırlıq prosesi çərçivəsində “Ünyespor”la qarşılaşıb.
Oyun “Kahramanmaraşspor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Futbolçularımızdan Fərid Quliyev meydana start heyətində çıxıb. Murad Axundzadə və “Kahramanmaraşspor”da baxışda olan qapıçı Davud Kəriminin oynayıb-oynamaması isə bilinmir.
