5 avqust 2013 00:53
Aqil Məmmədov: XL-la oyundan narazı, nəticədən razıyam
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Premyer Liqasının 1-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Xəzər Lənkəran”a qarşı göstərdiyimiz oyundan razı deyiləm. Daha yaxşı oynaya bilərdik. Amma nəticə məni qane edir. Ən azından uduzmadıq. Biz tam hazırlıq keçə bilməmişdik. Düşərgədə zədəli futbolçularımız çoxdu. 4 əsas oyunçumuz yox idi. Bütün bunlar oyunu qalib başa vurmağımıza mane oldu. Oyunçular sona qədər döyüşdülər. Onlara minnətdaram”.
