4 avqust 2013 11:27

Rəşad Sadiqov: Neftçi hələ özünə gəlməyib

“Neftçi”nin kapitanı Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
 
- Yeni mövsümün ilk oyununda AZAL üzərində inamlı qələbə (4:1) qazandınız. Oyunla bağlı nə deyə bilərsiz?
- Çempionlar Liqasında “Skenderbeu” ilə oyunlardakı uğursuzluqdan sonra başa düşürdük ki, çempionatın ilk turunda işimiz çətin olacaq. Çünki komandada psixoloji vəziyyət heç də yaxşı deyildi. Qələbə qazanmaq və psixoloji uçurumdan çıxmaq lazım idi. Fikrimcə, bu vəzifənin öhdəsindən gələ bildik.
 
- İlk hissə sizdə yaxşı alındı...
- Həqiqətən də birinci 45 dəqiqəni çox yaxşı keçirdik. Dörd qol vurduq ki, onlardan üçü hesaba alındı.
 
- Bəs niyə bunun davamını ikinci hissədə gətirə bilmədiniz?
- Uşaqlar bir qədər arxayınlaşdılar. Daha çox qol vura bilərdik. Amma qələbə qələbədi. Həm də oyunun sonunda bir qədər yorulmuşduq.
 
- Komandanın ÇL-dəki uğursuzluqdan sonra artıq özünə gəldiyini demək olar?
- Xeyr. Hələ vaxt lazımdı. Hələlik 50 faiz özümüzə gələ bilmişdik. Bu, başlanğıcdı. Biz qarşımıza çempionatın qalibi olmağı məqsəd qoymuşuq. Bu yolda ilk turdan qələbə qazanmaq vacib idi. Güclü komandamız var. Dördüncü dəfə ardıcıl çempion ola bilərik.
 
- Komandada iki yeni hücumçu olsa da, Platye və Nfor yox, Bahodir Nasimov qol vurdu...
- Bu hücumçu özünü çoxdan sübut edib. Fikrimcə, o, bundan sonra da özünü sübut edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.