4 avqust 2013 11:50
Xəzər Lənkəran son məşqə çıxdı, Toşak Etameni təqdim etdi (FOTOLAR)
Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün ilk turunda “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” Sumqayıt şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bir saat davam edən hazırlıqda futbolçular taktiki çalışmaları yerinə yetiriblər.
“Xəzər Lənkəran”ın yeni transferi Mbilla Etame baş məşqçi Con Toşak tərəfindən məşqin sonunda komanda yoldaşlarına təqdim olunub.
