5 avqust 2013 01:01
Polşa yığma komandamıza “5” verdi
Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci matçına çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması Polşa komandası ilə qarşılaşıb.
Polşanın Brzeg şəhərindəki “Mosir Brzeg” stadionunda keçirilən qarşılaşma millimizin böyük hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamız bu dəfə qapısından beş cavabsız top buraxıb.
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda Avstriyaya da 0:7 hesabı ilə uduzmuşdu.
Komandamız son turda Qazaxıstanla qarşılaşacaq.
