5 avqust 2013 01:26
Simurqun stadionunda son durum (FOTOREPORTAJ)
Zaqatala şəhər stadionunda iyun ayından başlayan yenidənqurma işləri artıq tamamlanmaq üzrədi. Azerisport.az xəbər verir ki, növbəti həftədən etibarən artıq Hollandiyanın “Edel Qras” şirkətinin FİFA-nın 2 ulduzlu standartlarına cavab verən yeni süni ot örtüyünün döşənilməsi prosesinə start veriləcək.
Avqustun axırına qədər işlərinin tamamlanması nəzərdə tutulub. Əgər hər şey qaydasında gedərsə, "Simurq" növbəti ev oynunu doğma arenada keçirdəcək.
Qeyd edək ki, komandanın stadionunda yenidənqurma işlərini Bolqarıstanın "Dinamik Resurs" şirkəti aparır. Əsasla yanaşı, ehtiyat meydançada da yeni süni ot örtüyü döşənəcək. Köhnə örtükdənsə Zaqatalanın böyük kəndlərinin ərazisində yeni meydançalar salınacaq.
Bunlarla yanaşı stadionun texniki sahələridə təmir edilir. Paltardəyişmə və digər texniki otaqlarda yenilənmə işləri görülür.
