4 avqust 2013 14:03

“İşlərim yaxşı getsə, burda qalaram”

"Rəvan”ın yeni transferi Rəşad Abdullayev klub saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bir çox məsələ barəsində danışıb.
 
İlk öncə "Rəvan”a keçidindən danışan Rəşadın ilk sözləri belə olub: "Bildiyiniz kimi, elə bu yay "Bakı”ya keçmişdim. Amma Avstriyaya toplanışından sonra baş məşqçi ilə hərtərəfli söhbətimiz oldu. Çox futbolçu transfer etdiyini dedi və "sənin kimi futbolçunu ehtiyatda saxlaya bilmərəm. Ya ehtiyatda qalıb şansını gözləməlisən, ya da başqa kluba keçməlisən” söylədi. Mən də ikincini seçdim. Elə oldu ki, "Rəvan”la söhbətimiz və razılaşmamız baş tutdu. "Rəvan”la danışıb, karyeramı burda davam etdirmək qərarına gəldim. Karyeramda özüm üçün yeni səhifə açdım. Çünki mən həmişə oynamış futbolçu olmuşam. "Rəvan” Bakını təmsil etdiyindən bura keçməyi üstün tutdum. Həm də baxdım ki, bu komandanın perspektivi var, onların şərtləri də məni qane etdi. Komandanın heyətinə baxmışam, yaxşı uşaqlar var. Perspektiv gördüm deyə bura gəldim”.
 
Abdullayev mövsümün sonunda "Rəvan”da qalmaq variantına da toxundu: "Çempionat uzun olacaq. Çalışacağam ki, burada özümü yaxşı tərəfdən göstərim və hamıya həmin Rəşadın ölmədiyini göstərim. Hələ 31 yaşım var. Özümdə 35 yaşa qədər oynamağa güc hiss edirəm. Bütün təcrübəmi ortaya qoyacam. Mən çox komanda dəyişən futbolçu deyiləm. Mövsüm mənim üçün uğurlu olsa, nəyə görə də "Rəvan”da qalmayım?! Hər şeyi zaman göstərəcək. İşlərim yaxşı getsə, hər şey məni qane elesə, burda qalaram”.
 
"27” nömrə "Rəvan”ın iddiaları haqda da danışdı: "Rəvan” cari mövsüm ən yüksək yerlər uğrunda oynayacaq. Rəhbərliklə söhbətimiz zamanı da hər şeyin ciddi olduğunu hiss etdim. Məqsəd məncə, ilk "5-liy”ə düşməkdir. Amma bunun üçün startdan uğurlu başlamaq lazımdır. Lap elə "Simurq” ilə oyundan. Onlar keçən il sürpriz elədi, əsas iddiaçıların başı avrokuboklara qarışdığından zaqatalalılar hamını təəccübləndirdi. Sonradan da ilk "6-lığ”a düşdülər. Belə uğura Rəvan da imza ata bilər. Sadəcə, özünəinamı artırmaq və bir az soyuqqanlı olmaq lazımdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.