4 avqust 2013 14:32

Lorentso Ebesilio: Özümə bəraət qazandıra bilmərəm

“Qəbələ”nin yarımmüdafiəçisi Lorentso Ebesilionun azerisport.az saytına müsahibəsi
 
- “Qəbələ”nin yeni mövsümdəki ilk oyunu uğurlu alındı. “Bakı” ilə oyun (2:1) haqda nə deyə bilərsiz?
- Komanda bu oyuna çox ciddi hazırlaşmışdı. Bu, çox ağır oyun oldu. Amma biz Premyer Liqanın startında uğurlu nəticə qazanmağı bacardıq. Baxmayaraq ki, ilk yarıdan sonra məğlub durumda idik. İkinci hissədə edilən dəyişikliklər qələbəmizdə mühüm rol oynadı.
 
- Lakin sizin Azərbaycandakı ilk oyununuz o qədər də uğurlu adlandırıla bilməz. Xüsusilə də ilk yarıda...
- Buna görə hansısa bəraətimin olduğunu deməzdim. Mümkündü ki, bu, mənim ilk oyunum olduğuna görəydi. Bir qədər həyacanlı idim. Bu üzdən həqiqətən də ötürmələrim dəqiq alınmırdı. Amma ikinci hissədə daha yaxşı oynamağa çalışdım. Ümid edirəm ki, bu, məndə alındı.
 
- Bəs komandanızın iki fərqli hissə keçirməsinə nə səbəb oldu?
- İlk yarıda komandamız özünü yaxşı tərəfdən göstərə bilmədi. Yəqin ki, bu da mövsümün start oyunu olmasından irəli gəlirdi. Lakin bütövlükdə pis oynamadığımızı düşünürəm. Qol vəziyyətlərimizin də sayı çox oldu.
 
- Azərbaycan çempionatı haqda nəsə öyrənə bilmisiz?
- Gördüklərimə əsasən deyə bilərəm ki, burda yaxşı futbolçular kifayət qədərdi. Amma əsl mübarizə hələ yenicə başlayır.
 
- Növbəti turda “Qəbələ”ni “İnter”lə duel gözləyir. Bu rəqib barədə nə bilirsiz?
- Hələlik rəqib haqda xüsusi informasiyam yoxdu. Sadəcə onu bilirəm ki, yaxşı komandadı. Biz istənilən halda üç xal qazanmağa çalışmalıyıq. Çünki bu, bizim ilk ev oyunumuz olacaq. Ona görə də qələbə qazanmaq istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.