4 avqust 2013 14:46
İnterin sabiq müdafiəçisi La Liqa klubun ilə rəsmi müqavilə imzaladı
“İnter”in sabiq müdafiəçisi Haynts Barmettlerin karyerasını İspaniyada davam etdirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu xeyli müddət idi “Valladolid”də baxışdaydı.
İsveçrəli olsa da, Dominikan Respublikası yığmasının şərəfini qoruyan mərkəz müdafiəçisi La Liqa klubu tərəfindən bəyənilib. Artıq onunla müqavilə də bağlayıb.
Qeyd edək ki, Barmettler “İnter”ə ötən yay transfer olunsa da, paytaxt klubunda möhkəmlənə bilməmişdi.
