5 avqust 2013 11:18

Premyer Liqamızda çalışan məşqçilərin sayı 44-ə çatdı

Topaz Premyer Liqasının ilk turu 2 əcnəbi baş məşqçinin Azərbaycan çempionatında debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, ölkəmizdə ilk matçında iş başında olan Milinko Pantiç və Yuri Syomin turun ilk qarşılaşmasında üz-üzə gəldi.
 
“Bakı”nı çalışdıran serbiyalı Pantiç üçün debüt uğursuz alındı. “Qəbələ”nin rusiyalı çalışdırıcısı Yuri Syominin komandası səfərdə debütant həmkarını 2:1 hesabı ilə məyus etdi.
 
Cari mövsümün startında iş başında olan 5 əcnəbi mütəxəssisdən 2-nin debütü ilə Premyer Liqa tarixindəki legioner baş məşqçilərin ümumi sayı 44-ə çatdı.
 
Syomin 2 il əvvəl “Simurq”da çalışmış Sergey Yurandan sonra 2-ci rusiyalı oldu ki, Premyer Liqada debüt etdi. Pantiç isə elə onun klubdakı sələfi Bojidar Bandoviç, həmçinin AZAL-ın çalışdırıcısı olmuş Peter Kurçubiç və “Masallı”da 1 oyunluq baş məşqçi əvəzi kimi meydana çıxaran Miroslav Saviçdən sonra 4-cü serbiyalıdır.
 
Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.
 
Pantiç “Bakı”nın tarixinə 7-ci əcnəbi baş məşqçi kimi düşdü. Ona qədər makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz və Cüneyt Biçər, almaniyalı Vinfred Şafer, latviyalı Aleksandr Starkov və serbiyalı Bandoviç də paytaxtın eyniadlı təmsilçisində çalışıb. Bununla da “Bakı” ən çox legioner məşqçiyə güvənməkdə “Xəzər Lənkəran”a məxsus Azərbaycan rekordunu təkrarlayıb.
 
Syomin isə “Qəbələ”nin 4-cü legioner baş məşqçisidir. Ona qədər ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və ispaniyalı Luis Araqon komandanı Premyer Liqa matçlarına çıxarıb.
 
Ümumilikdə isə 17 Azərbaycan klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran”, “Bakı” – hərəsi 7,  “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
 
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Əlispahiç Premyer Liqada 2 klubda çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.