5 avqust 2013 11:37
Elhad Nəzirisiz Petroluldan xal itkisi
Futbol üzrə Rumıniya çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası doğma meydanda “Brasov” ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb – 0:0.
Elhadın bu oyunda da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Petrolul” üç turdan sonra 5 xal toplayıb və altıncı pillədə qərarlaşıb.
