5 avqust 2013 12:22

Aleksandr İaşvili: İnter bunu bacarmalıdı

“İnter”in gürcüstanlı hücumçusu Aleksandr İaşvili Premyer Liqanın 1-ci turunda “Qarabağ”la (1:2) keçirilən matçdan dərhal sonra oyunla bağlı klub saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Matç kifayət qədər maraqlı alındı. “İnter” erkən qol vurdu, lakin bu üstünlüyünü saxlaya bilmədi. Bundan başqa, fasilədən sonra komanda daha bir qol buraxdı. Mövsümün ilk oyunu barədə nə deyə bilərdiniz?
- Oyuna pis başlamadıq. Bizə erkən qol vurmaq müyəssər oldu. Lakin sonra matçın senarisi dəyişdi. “Qarabağ” vəziyyətlərindən istifadə etdi və qalib gəldi. Amma deməzdim ki, rəqib bizdən yaxşı təsir bağışlayırdı. Sadəcə onlar qol vəziyyətlərini reallaşdırdılar, biz isə yox. Bizim belə vəziyyətlərimiz daha çox oldu. Ancaq nə etmək olar, futbol belədi.
 
- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz?
- Qeyd etdiyim kimi, biz oyuna yaxşı başladıq. Birinci hissədə oyunun gedişinə tam nəzarət etdik, “Qarabağ” yalnız qapımıza tərəf bir necə zərbə endirdi. Lakin sonra biz kobud səhvlərə yol verdik və rəqib də bundan istifadə etdi. “Qarabağ”ın heyətində bu səhvlərdən istifadə edəcək yaxşı icraçılar çoxdu.
 
- “İnter” birinci hissədə nümayiş etdirdiyi oyun ritmini niyə ikinci hissədə davam etdirə bilmədi?
- Düşünürəm ki, bizə sonuncü ötürmə çatışmırdı. Bundan başqa, bizim ixtiyarımızda daha inamla və daha dəqiq istifadə etməli olduğumuz daha çox standart vəziyyətlər vardı. Qapılara doğru daha çox zərbə endirmək lazım idi. Bir sözlə, çempionatın ilk oyununda uduzmağımız pis oldu, özü də birbaşa rəqibimizə məğlub olmağımız daha pisdi. Bununla belə, önümüzdə tam mövsüm var, vəziyyəti yaxşılaşdırmaq üçün kifayət qədər vaxt var.

- Rəqibin heyətində Almaniyanın “Bohum” komandasında birlikdə çıxış etdiyiniz Nikolas Gelaşvili də meydana çıxmışdı. Maraqlıdı, siz bu oyunu onunla müzakirə etmişdiniz? Keçmiş klub yoldaşınızı bu qələbə münasibətilə təbrik etdiniz?
- Etiraf edim ki, bu oyunadək onunla əlaqə saxlamamışdıq. İstənilən matça tam diqqətlə yanaşmaq lazımdı. Bu barədə yalnız oyundan sonra danışmağın lazım olduğunu düşünürəm. Oyundan sonra, əlbəttə ki, onu təbrik etdim. Axı futbol belədi ki, kimsə qalib gəlir, kimsə uduzur. Əlavə edim ki, biz mövsümün ilk oyununda qalib gəlməyi çox istəyirdik, lakin alınmadı.
 
- İndi komandaya bu məğlubiyyəti tez unutmaq və irəliyə doğru addımlamaq lazımdı...
- Təbii, komanda bunu etməyi bacarmalıdır. Bizə bu məğlubiyyətdən qısa zaman ərzində uzaqlaşmaq və yeni fikirlərlə növbəti oyunlara yanaşmaq lazımdı.
 
- İkinci turda “İnter”i “Qəbələ”nin timsalında daha bir təhlükəli rəqib gözləyir. Bu səfər oyunu barədə nə düşünürsünüz?
- “Qəbələ” güclü komandadı. Onlar bizim birbaşa rəqiblərimizdən biridir. “Qəbələ” eynilə “Qarabağ” kimi, Azərbaycanda ən ambisiyalı komandalardan biridir və onlarla oyunda bizə asan olmayacaq. Lakin bu komandaya qarşı oyunda vacib olan nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.