6 avqust 2013 00:48
Yığmamız bu dəfə darmadağın oldu
Qırğızıstanda təşkil olunmuş “Dostluq Kuboku” turnirində çıxış edən Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığması növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın ikinci rəqibi Tacikistan olub.
Qarşılaşma yığmamızın ağır məğlubiyyəti ilə başa çatıb. Taciklər Azərbaycan millisinin qapısından 5 cavabsız top keçiriblər.
Xatırladaq ki, ilk turda belaruslu həmyaşıdları ilə qarşılaşan futbolçularımız 5:3 hesabı ilə qələbə qazanmışdılar.
