6 avqust 2013 01:04
Vaqif Cavadov: Düşünməzdim ki, nə vaxtsa Qarabağın qapısına qol vuracağam
“İnter”in hücumçusu Vaqif Cavadov Topaz Premyer Liqasının 1-ci turunda qarşılaşdıqları “Qarabağ”la oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, 1:2 hesabıyla uduzduqları görüşdə keçmiş komandasına qol vurmasına da toxunub:
“Qarabağ” mənim üçün adi klub deyil. Bu komanda mənim futbolçu kimi formalaşmağımda çox böyük rol oynayıb. Klubun həm rəhbərliyi, həm məşqçi, həm də futbolçu heyəti ilə çox yaxşı münasibətlərim var. Düşünməzdim ki, nə vaxtsa bu komandanın qapısına qol vuracağam. Təəssüf ki, bu oyunda qələbə qazana bilmədik. “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıram”.