5 avqust 2013 13:25
Arif İsayevlə Saşa Yunisoğlu oynadı, Denizlispor uduzdu
Futbol üzrə Azərbaycan yığmasının oyunçuları – Saşa Yunisoğlu ilə Arif İsayevin çıxış etdiyi Türkiyənin “Denizlispor” klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin komandası “Fethiyespor”la qarşılaşıb.
Hər iki futbolçumuz bu oyuna start heyətdə çıxıb. Arif 80-ci dəqiqədə əvəzlənib.
Görüş “Denizlispor”un 0:1 hesabı məğlubiyyəti ilə başa çatıb.
