5 avqust 2013 15:07
Salukvadze tibbi müayinədən keçəcək
Məlum olduğu kimi, dünən Premyer Liqanın 1-ci turu çərçivəsində “İnter” Ağdamın “Qarabağ” komandasıyla qarşılaşdı. Azerisport.az xəbər verir ki, ikinci hissənin gedişində “bankirlər”in müdafiəçisi Laşa Salukvadze zədə alaraq meydanı tərk etmişdi.
Bu gün futbolçu klinikaya aparılıb. Lakın ayağının şişməsi nəticəsində tibbi müayinədən keçə bilməyib.
Əlavə edək ki, L.Salukvadzenin zədəsinin ağırlığını və nə vaxt meydana çıxacağını tibbi müayinədən sonra demək mümkün olacaq.
