5 avqust 2013 16:10
Qarabağ Riçard Almeydanı itirdi
Topaz Premyer Liqanın dünən baş tutan “İnter” – “Qarabağ” oyununda rəqib futbolçu Brüs Abdullay ilə toqquşan “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın durumu heç də yaxşı deyil. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu tibbi müayinədən keçib.
Onda yüngül beyin silkələnməsi olduğu aşkarlanıb. Bu səbəbdən avqustun 8-də İsveçdə “Gefle”yə qarşı keçiriləcək Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçını buraxacaq.
