5 avqust 2013 16:33
Qarabağ İsveçə sabah yola düşəcək
“Qarabağ” İsveçə yollanacağı tarixi müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu ölkənin “Gefle” klubu ilə qarşılaşacaq Ağdam təmsilçisi səfərə sabah çıxacaq.
Komandamızı İsveçə aparacaq təyyarənin saat 16:00-da Heydər Əliyev adına Hava Limanından yola düşəcək.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda komandamız 1:0 hesabıyla qalib gəlmişdi.
