5 avqust 2013 16:51
Vüqar Əsgərov: Bundan sonrakı oyunlarda da qol vurmaq istəyirəm
“Sumqayıt”ın hücumçusu Vüqar Əsgərov Topaz Premyer Liqasının 1-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ağır oyun oldu. Amma uşaqlar müsbət nəticəyə nail olmaq üçün əllərindən gələni etdilər. Qələbə qazana bilməməyimiz üzücüdü. Amma “Xəzər Lənkəran”la heç-heçə etməyimiz də yaxşı nəticədi. Oyunun sonlarında 100 faizli qol epizodundan yararlana bilsəydik, mövsümə qələbə ilə də başlaya bilərdik. Vurduğum qola gəlincə, buna təkbaşına yox, bütövlükdə komandamın əməyi sayəsində nail oldum. Yaxşı başlanğıcdı. Bundan sonrakı oyunlarda da qol vurmaq istəyirəm”.