6 avqust 2013 18:25
Vaqif Cavadov Bucaspora getməyəcək
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov Türkiyə çempionatında oynamayacaq. Azerisport.az saytına müsahibəsində bunu “İnter”in forvardının atası Fizuli Cavadov bəyan edib:
“Vaqifin “İnter”lə müqaviləsi var. O, bu yeni komandasında özünü göstərmək istəyir. Türkiyə variantı barədə düşünmürük. Heç danışıqlar aparmaq fikrimiz də yoxdu. O, indi “İnter”lə Azərbaycan çempionatında uğurlu çıxış etməyi düşünür”.
Qeyd edək ki, son günlərdə Türkiyə mətbuatı Cavadovun “Bucaspor”un maraq dairəsində olduğunu iddia edirdi. Hansı ki, bu komandada digər azərbaycanlı futbolçu Ramal Hüseynov da çıxış edir.
