6 avqust 2013 19:00
Qarabağ Gefle ilə oyunda dəstəksiz qalmayacaq
“Qarabağ” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı İsveç “Gefle”si ilə cavab matçında dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi bunun üçün yerli azərbaycanlı diasporasının rəhbərliyi ilə danışıqlar aparıb.
Qarşı tərəf də öz növbəsində həmyerlilərimizin bu oyuna gəlişini təmin etməyə söz verib. Komandamızın təxminən 150 azarkeş tərəfindən dəstəklənməsi gözlənilir.
Qeyd edək ki, hazırda “Gefle” – “Qarabağ” matçına cəmi 600 bilet satılıb. Bütövlükdə isə bu oyun üçün 4000 bilet satışa çıxarılıb.
“Gefle” – “Qarabağ” matçı avqustun 8-də Sundsvalldakı “Norrporten Arena”da keçiriləcək. Bu arena 8500 azarkeş tutumuna malikdi.
“Qarabağ”ın “Gefle” ilə Bakıdakı oyunda 1:0 hesabıyla qalib gəldiyini də qeyd edək.
