6 avqust 2013 11:09

Namiq Yusifov: Anorthosis ilə oyunların nəticəsi bizi Gefleyə daha ciddi yanaşmağa məcbur edir

“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi
 
- Çempionatda yeni mövsümə “İnter” üzərində qələbə ilə başladınız. Bu komandaya son dörd ildə məğlub olmamağınızla bağlı nə deyə bilərsiz?
- Onlarla bu dəfəki oyunumuz da çox çətin alındı. Həm də oyun süni örtüyə malik “Şəfa” stadionunda keçirilirdi. İlk turda belə ciddi komanda ilə qarşılaşmağımız da əlavə çətinlik yaradırdı. Komandada yorğunluq da var idi. Bütün bunlara baxmayaraq, biz çox yaxşı oyun keçirdik. Məğlub duruma düşdüyümüz oyundan qalib ayrıldıq.
 
- Amma birinci hissədən sonra “bankirlər”in 3:0 hesabıyla üstünlüyü də qeydə alına bilərdi...
- Bəli, birinci hissəni bizim aktivimizə yazmaq olmaz. Amma ikinci yarıda komandamız əla oyun sərgilədi. Baxmayaraq ki, Avropa Liqasındakı oyunlara görə yaranan yorğunluqdan sonra belə çıxış etməyimizi gözləmək bir az çətin idi.
 
- Oyunun sonlarında “İnter”in futbolçusu Brüs Abdulay ilə aranızda problem yaşandı...
- Hər şey onun Riçard Almeydaya o cür zərbə endirməsindən sonra başladı. Düşünmürəm ki, o, bunu qəsdən etdi. Hər şey ani baş verdi.
 
- “İnter”lə oyunda heyətdə çoxlu dəyişikliklər var idi...
- Bu, normaldı. Əlbəttə, hansısa aparıcı futbolçunun yoxluğu komandanın çıxışına müəyyən qədər təsir göstərir. Amma biz iki cəbhədə mübarizə aparırıq. Ona görə də bu vəziyyətlə barışmaz lazımdı.

- Gözləmək olar ki, “Qarabağ” çempionatı Avropa Liqasında uğurlu çıxış etməyə qurban verəcək?
- Xeyr. Mövsümün əvvəlindən necə start götürməyimiz çox önəmlidi. Məsələn, biz ilk turda “İnter”ə qalib gələ bilməsəydik, əsas rəqibimiz “Neftçi” artıq bizi üç xal qabaqlamış olacaqdı. Mövsümün gedişində belə fərqləri aradan qaldırmaq heç də asan başa gəlmir.
 
- İsveçə yaxşı əhval-ruhiyyədə gedəcəksiz?
- Bəli. Bu, bizim üçün çox vacibdi. Çətin ki, “Gefle” bizə qarşı ilk oyundakı kimi çıxış etsin. Əminəm ki, bu oyunda onlar da hücum edəcəklər.
 
- Onlar Kipr “Anorthosis”inə səfərdə 3 cavabsız qolla uduzsalar da, evdə 4:0 hesabıyla qalib gələ biliblər. Belə qorxunc aqibətlə üzləşəcəyinizi düşünmürsüz?
- Bu haqda düşünmürük. Sadəcə bu və digər amillər bizi rəqibə daha ciddi yanaşmağa məcbur edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.