6 avqust 2013 11:47
Qarabağ İsveçə 19 futbolçu ilə yollanır
“Qarabağ” İsveçə yollanır. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Gefle”nin qonağı olacaq komandamız bu gün saat 16:00-da birbaşa reyslə oyunun keçiriləcəyi Sundsval şəhərinə yollanacaq.
“Qarabağ” səfərə 19 futbolçu ilə yollanacaq. Sundsvalda “Scandic Nord” otelində məskunlaşacaq Ağdam klubu sabah oyunun keçiriləcəyi saatda, yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 22:00) sonuncu məşqə çıxacaq.
Qeyd edək ki, ilk oyunda “Qarabağ” 1:0 hesabıyla qələbə qazanmışdı.
