6 avqust 2013 12:06
Topazla əməkdaşlıq edən Türkiyə millisinin sabiq üzvü dünyasını dəyişdi
Türkiyə futboluna böyük itki üz verib. Azerisport.az xəbər verir ki, Türkiyə millisinin və “Fenerbahçe”nin sabiq futbolçusu Selcuk Yula vəfat edib.
Son illərdə futbol şərhçisi kimi çalışan Yula 53 yaşında dünyasını dəyişib. Mərhum naməlum səbəbdən xəstəxanaya çatdırılıb. Ancaq həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Selcuk Yula son dövrlər Azərbaycana da tez-tez gəlirdi. O, “Topaz”la yaxından əməkdaşlıq edirdi.
