7 avqust 2013 00:14
Mənsimovdan azarkeşlərə jest
Qarşıdan müsəlman dünyasının ən gözəl bayramlarından biri və birincisi sayılan Ramazan bayramı gəlir. Azerisport.az xəbər verir ki, vəhdət və bərabərlik bayramı sayılan Ramazanda “Xəzər Lənkəran” klubu tərəfindən azarkeşlərə kiçik də olsa, bayram hədiyyəsi ayrılıb.
Belə ki, 2013-2014 mövsümünün II turu çərçivəsində avqustun 11-də keçiriləcək “Xəzər Lənkəran”-“Simurq” oyununa giriş pulsuz olacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“Klub prezidentimiz Mais Mənsimov cənabları tərəfindən edilən təşəbbüs inanırıq ki, camiəmizə də birlik və vəhdət gətirəcək, komandamızın düşdüyü uğursuz zolaqdan çıxmasında əl-ələ vermək üçün hamımıza əlavə stimul olacaq”.