7 avqust 2013 00:38
Ansi Aqolli: Qarabağ yenə öz futbolunu oynayıb, qələbə qazanmağa çalışacaq
“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin azerisport.az saytına müsahibəsi
- Riçard Almeydanın yoxluğu Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Gefle” ilə cavab oyununda komandanız üçün nə dərəcədə ciddi itkidi?
- Almeyda komandanın digər üzvləri kimi, çox vacib oyunçudu Təəssüf ki, biz bu dəfə onsuz oynamalı olacağıq.

- Bu, “Qarabağ”a problem yaratmayacaq ki?
- Futbolda belə hallar olur. Meydanda nələr olacağını öncədən bilmirsən. Biz sadəcə ona çalışmalıyıq ki, Almeydanın yoxluğunu hiss etdirməyək.

- “Gefle” Avroliqanın ikinci təsnifat mərhələsində demək olar ki, mümkünsüz olanı bacarıb. Kipr “Anorthosis”inə səfərdə 3 cavabsız qolla uduzsa da, evdə 4:0 hesablı qələbə qazandı. Kiprlilərin aqibəti ilə üzləşməkdən qorxmursuz?
- Əlbəttə, biz də bu amili diqqətdə saxlayırıq. Hər bir komanda evdə qələbəyə oynamağa çalışır. Onlar Bakıdakı oyunda daha çox müdafiə olunsalar da, hücumlar qurmağa da çalışırdılar. Güman ki, evdə daha aqressiv futbol sərgiləyəcəklər.

- Deməli, “Qarabağ”ın müdafiə xəttini çox böyük təzyiq gözləyir. Buna hazırsız?
- Sözsüz! Biz təkcə buna yox, bütün mümkün variantlara hazır olmalıyıq. “Qarabağ” səfər oyununda da müdafiədə oturmağa hazırlaşmır. Biz həmişəki kimi, bu dəfə də öz futbolumuzu oynayacağıq. Rəqib qapısına yol tapmalıyıq.

- Ancaq qələbə qazanmağı düşünürsüz?
- Meydana yalnız bunun üçün çıxacağıq. Amma prinsipcə, heç-heçə də pis nəticə deyil. Çünki bizim üçün əsas olan pley-offa vəsiqə qazanmaqdı.

- “Qarabağ” çempionata “İnter” üzərində qələbə ilə başladı. Bu oyunla bağlı nə deyə bilərsiz?
- Şadam ki, qələbə ilə başlaya bildik. Ağır oldu. Yeganə üzücü məqam Almeydanın bu oyunda zədələnməsi idi.