6 avqust 2013 12:44
AFFA Qurban Qurbanovu 1 oyunluq cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın yeni mövsümünün ilk turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
Topaz Premyer Liqasının 1-ci turunun “Neftçi” – AZAL matçının 13 və 36-cı dəqiqələrində “Neftçi”nin azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 64-cü dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə klub 1000 manat cərimə olunub.
“İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
