6 avqust 2013 13:03
Ramazanova 3 oyunluq cəza!
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatını 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Nefçti” – AZAL matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunqabağı nəzərdə tutulan iclasda polis və təcili-tibbi yardım briqadaları iştirak etmədiyi üçün meydan sahibi klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Xəzər Lənkəran” matçının 36-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub. Oyunqabağı nəzərdə tutulan iclasda “Xəzər Lənkəran” klubunun nümayəndəsi iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Qarabağ” matçının 32-ci dəqiqəsində “İnter”in futbolçusu İlqar Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
