7 avqust 2013 00:43
Qarabağ artıq İsveçdədi
“Qarabağ” artıq İsveçdədi. Azerisport.az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Gefle”nin qonağı olacaq komanda ötən gün Bakı vaxtıyla 16:00-da Azərbaycanı tərk edərək Skandinaviyaya yollanıb.
“Qarabağ” 5 saatlıq uçuşdan sonra oyunun keçiriləcəyi Sundsvall şəhərinə yetişib. Ardınca komanda məskunlaşacağı “Scandic Nord” otelinə yollanıb.
“Qarabağ” bu gün Bakı vaxtı ilə 22:00-da (yerli vaxtla 19:00) oyunun keçiriləcəyi meydanda sonuncu məşqinə çıxacaq.
