7 avqust 2013 00:52
Nadirov Qarabağla birgə İsveçə getdi
Sabah Avropa Liqasının üçüncü təsnifat mərhələsində İsveçin “Gefle” klubu ilə cavab matçına çıxacaq “Qarabağ” artıq İsveçdədi. Azerisport.az xəbər verir ki, komanda ilə birgə səfərə çıxan oyunçular arasında Vüqar Nadirov da var.
Zədəli olan futbolçu İsveçdəki oyunda meydana çıxa bilməyəcək. Amma buna baxmayaraq, o, komanda yoldaşlarını vacib görüşdə dəstəkləməyə qərar verib.
Qeyd edək ki, “Qarabağ”a “Gefle” ilə oyunda Riçard Almeyda da kömək edə bilməyəcək.
