7 avqust 2013 01:21
Elhad Nəziri: Petroluldan ayrılmağa hazırlaşmıram
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin Rumıniyanın “Petrolul” klubundan ayrılacağına dair növbəti xəbərlər yayılmağa başlayıb. Lakin futbolçu özü azerisport.az saytına açıqlamasında bunları təkzib edib:
“Hələlik heç yerə getmirəm. Mən “Petrolul”un futbolçusuyam. Əgər nəsə baş versə, bu barədə özüm mətbuata məlumat verərəm”.
Qeyd edək ki, Nəziri komandasının son oyunlarında meydana çıxmır. Elə onun Rumıniya klubundan ayrılacağına dair məlumatlar da məhz bundan qaynaqlanmaqdadı.