7 avqust 2013 01:35
Con Toşak Xəzər Lənkəranın hücumçusunu cərimə etdi
Xəbər verdiyimiz kimi, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 1-ci turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında cənub təmsilçisinin hücumçusu Ağabala Ramazanov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Azerisport.az xəbər verir ki, bu səbəbdən futbolçu AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Lakin gənc oyunçu canını bu cəza ilə qurtara bilməyib. Belə ki, əsas komandanın da şərəfini qoruyan Ramazanov baş məşqçi Con Toşakın da cəzasının “dadına baxıb”. Uelsli mütəxəssis onun bu hərəkətini bir aylıq maaşının cərimə olunması ilə “mükafatlandırıb”.
