6 avqust 2013 13:51

Vaqif Sadıqov: Neftçi ilə oyunda hər kəs tam yeni bir AZAL gördü

AZAL-ın baş məşqçisi Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- Komandanız birinci turda “Neftçi”yə 1:4 hesabıyla məğlub oldu. Oyundan sonra AZAL-da atmosfer necədi?
- Oyundan bir gün sonra komanda toplandı. Çıxışımızı təhlil etdik, danışdıq. Hər kəs düzgün nəticə çıxardı. Artıq “Bakı” ilə oyunu düşünürük. Hiss edirəm ki, komandam oyundan-oyuna daha daha da artıracaq. Ən əsası odu ki, komanda ruhunu itirməyək. AZAL həmişə məhz güclü komanda ruhu ilə fərqlənib. Əgər bu, korlansa, o zaman ciddi problemlərimiz ola bilər.
 
- İlk turda böyük hesabla uduzmağınıza nə səbəb oldu?
- “Neftçi” ilə oyunda hər kəs tam yeni AZAL gördü: həm oyun, həm də oyunçular baxımından. Hazırlıq üçün elə də çox vaxtımız olmadı. Bəzi futbolçularla mövsümün startına bir həftə qalmış müqavilə imzalaya bildik. Hədəfimiz hər oyunda qələbə qazanmaqdı. “Neftçi” ilə oyunun əvvəlindəki çıxışımız məni daha çox məyus etdi. Sanki futbolçular özlərini məğlub hiss edirdilər.
 
- Çoxları belə düşünür ki, AZAL Zohair Benuahi və Franko Nildonun gedişi ilə çox şey itirib...
- Bu, təbiidi. Biz hələ onların gedişi ilə yaranan boşluğu tam doldura bilməmişik. Eyni sözləri müdafiə xəttinə də aid edə bilərəm. “Neftçi” ilə oyuna ciddi hazırlaşmağımıza, rəqibi yaxşı analiz etməyimizə baxmayaraq, məğlubiyyət qaçılmaz oldu.
 
- Deməli, Usim Ndukanın da gedişinə təəssüflənirsiz?
- Təkcə Ndukanı yox, Tagim Novruzovu, Benuahini, Nildonu da qeyd edərdim. Onların hamısı komandanın bir hissəsi idi. Yeni gələnlərin isə komandaya uyğunlaşması, bir-birini daha yaxşı başa düşməsi üçün zaman lazımdı.
 
- “Neftçi” ilə oyundan sonra komandaya daha bir neçə futbolçu qoşulacağını demişdiniz. Kimləri dəvət etməyə hazırlaşırsız?
- Bizim gözaltı etdiyimiz oyunçular olsa da, hələlik onlara baxırıq. Gedənləri əvəzləyə biləcək oyunçuların alınması çox vacibdi.
 
- “Bakı” da sizin kimi mövsümə məğlubiyyətlə başlayıb. Bu oyundan nə gözləyirsiz?
- Onlar “Qəbələ” ilə oyunda çox yaxşı təsir bağışladılar. Yaxşı başa düşürük ki, bizim kimi, onlar da qələbəyə oynayacaqlar. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Amma indiki “Bakı”nın ötən mövsümkü ilə müqayisədə daha güclü olduğunu qeyd etməliyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.