6 avqust 2013 14:10
Qurban Qurbanov: Cəzama normal yanaşıram
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov AFFA İntizam Komitəsi tərəfindən bir oyunluq cəzalanmasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Diskvalifikasiya olunmağıma normal yanaşıram. Texniki zonadan uzaqlaşdırıldıqdan sonra başqa nəsə gözləyə bilməzdim. Həmin epizod zamanı əsəblərim saxlaya bilmədim. Futbolçumuzun elə bir zərbədən sonra yerdə qalmasını sakitcə izləyə bilməzdim”.

Qeyd edək ki, 1-ci turun “İnter” – “Qarabağ” matçının 90-cı dəqiqəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Riçard Almeydanın zədələnməsindən sonra texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılmışdı. Bu üzdən də AFFA onu 1 oyunluq cəzalandırıb, klubunu isə 1000 manat cərimə edib.