6 avqust 2013 14:52
Gefle - Qarabağ matçı canlı yayımlanacaq!
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək İsveç “Gefle”si ilə “Qarabağ” arasındakı cavab oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, matçı “İdman Azərbaycan” kanalı azarkeşlərə təqdim edəcək.
Qeyd edək ki, “Qarabağ” “Gefle” arasındakı cavab matçı avqustun 8-də İsveçin Sundsvall şəhərindəki “Norrporten Arena”da keçiriləcək və saat Bakı vaxtı ilə saat 22.00-da başlayacaq. Görüşü isveçrəli Stepan Klossner idarə edəcək.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyunda “Qarabağ” 1:0 hesabı ilə qələbə qazanıb.
