6 avqust 2013 15:13
Simurq Xəzər Lənkəranla oyun üçün hazırlıqlara başladı
Topaz Premyer Liqasının 2013/14-cü il mövsümünün ilk turunda "Rəvan"ı 2:0 hesabı ilə məğlub edən "Simurq" bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, növbəti turun hazırlıqlarına start verən komandanın dünənki məşqi saat yaım davam edib.
Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət aparıb. Bundan sonra isə məşqə başlanılıb. Qaçış və isinmə hərəktlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Hazırlığın əsas hissəsində isə taktiki təmrinlər yerinə yetirilib, qısa və uzun ötürmələr, cinahlardan asmaların qapanması məşq edilib. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Qeyd edək ki, “Simurq” növbəti turda Lənkərana səfər edəcək. Zaqatala təmsilçisi avqustun 11-i saat 20:00-da "Xəzər Lənkəran"la görüşə çıxacaq.
