6 avqust 2013 16:16

Qurban Qurbanov: Riçard Almeydanın yoxluğu nəinki oyunumuza, futbolçularımıza da təsir edəcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
 
- AFFA İntizam Komitəsinin haqqınızda çıxardığı bir oyunluq cəzaya münasibətiniz necədi?
- Buna normal yanaşıram. Texniki zonadan kənarlaşdırıldığım üçün cəzalanacağım gözlənilən idi. Amma məni də başa düşmək lazımdı. Sadəcə, əsəblərim dözmədi. Çünki elə zərbədən sonra futbolçumuzun necə olduğunu bilməliydim.
 
- Cəza kifayət qədər yüngüldü. Yəqin ki, belə cəza verməklə məhz sizin dediklərinizi nəzərə alıblar...
- Belə çıxır. Hər halda insanın sağlamlığı hər şeydən vacibdi.
 
- Komandada atmosfer necədi?
- Yaxşıdı. Futbolçular “İnter”lə ağır oyundan sonra bərpa olunmaqdadılar. Fikrimcə, “Gefle” ilə cavab matçına qədər hər şey qaydasına düşəcək.
 
- Riçard Almeydanın bu görüşdə forma geyməyəcəyi dəqiqləşib. Bu, komanda üçün nə dərəcədə ciddi itkidi?
- O, komandanın liderlərindən biridi. Riçardın yoxluğu nəinki komandanın oyununa, hətta digər futbolçuların da çıxışına təsir göstərə bilər. Amma bu, futboldu və hər şeyə hazır olmalıyıq. Belə gözlənilməz itkilər hər zaman olur. İndi biz öz oyunumuzu Almeydanın yoxluğunda qurmalıyıq və çalışmalıyıq ki, bunu düzgün şəkildə həyata keçirək.
 
- “Gefle” ilə oyunda Polşa “Piast”ına qarşı səfər matçında olduğu kimi oynayacaqsız?
- Çoxlu fərq olmayacaq. Sadəcə, müəyyən detallar var ki, onları nəzərə almaq lazımdı. Çünki “Piast”la “Gefle” fərqli komandalardı. Əsas odu ki, Polşada buraxdığımız səhvləri burda təkrarlamayaq. Öz futbolumuzu oynamalı və minimum bir qol vurmalıyıq.
 
- Kiprin “Anorthosis” klubunun aqibətini yaşamaqdan qorxmursuz?
- Futbolu niyə bu qədər çox sevirlər? Məhz bu cür gözlənilməzliklərinə görə. Mən “Gefle”nin “Anorthosis”ə vurduğu qolları görmüşəm. Çox gözəl qollara imza atıblar. Çəkinmirik. Amma hər amillə diqqətlə yanaşmalıyıq.
 
- Növbəti mərhələyə çıxa biləcəksiz?
- Proqnoz verməyəcəm. Amma yaxşı oyun sərgiləmək, qənaətbəxş nəticə qazanmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.