6 avqust 2013 16:37
Sumqayıtda daha bir imza (FOTO)
Topaz Premyer Liqasının ilk turunda doğma azarkeşləri qarşısında "Xəzər Lənkəran"la heç-heçə edən "Sumqayıt" hücumçusu Sabir Allahquliyevlə müqaviləsini yeniləyib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, adıçəkilən futbolçu daha 1 il bu klubun şərəfini qoruyacaq.
Qeyd edək ki, Sabir 2012/13 mövsümündə Topaz Premyer Liqasında 25 oyunda (1216 dəqiqə) meydanda olub və 1 qol vurub.
