6 avqust 2013 16:48
İsrail yığmamızı bu arenada qəbul edəcək (FOTO)
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsrail - Azərbaycan oyununun stadionu və qarşılaşmanın başlanma vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, oyun sentyabrın 8-də, Bakı vaxtı ilə saat 21:00-da, Netanya şəhərindəki eyniadlı stadionda keçiriləcək.
