6 avqust 2013 17:20
Rəvanın futbolçusu 6 aylıq sıradan çıxdı
Topaz Premyer Liqasının ilk turu çərçivəsində "Rəvan” "Simurq” ilə görüşdü. Azerisport.az xəbər verir ki, Qəbələdə baş tutan oyunun ilk yarısında paytaxt təmsilçisinin üzvü Tofiq Mikayılov zədələnərək meydanı vaxtından əvvəl tərk etdi.
Artıq görüşü 28-ci dəqiqədə başa vuran "22” nömrənin zədəsinin ciddiliyinə aydınlıq gəlib. Təəssüf ki, Tofiq dizindəki problemə görə bu il bir daha meydana çıxa bilməyəcək.
MRT müayinəsindən sonra onun xaçvari bağlarının sıradan çıxdığı aşkarlanıb. 6 aylıq müalicəyə ehtiyac duyan Mikayılov bu səbəbdən 2013-cü ildə bir də yaşıl meydana ayaq basa bilməyəcək.
