7 avqust 2013 18:03

Nildo: Çempionatın əsas favoriti Xəzər Lənkərandı

“Xəzər Lənkəran”ın hücumçusu Franko Nildonun azerisport.az saytına müsahibəsi
 
- Komandanızın yeni mövsümə uğursuz başlamasına nə səbəb oldu?
- Belə çıxır ki, Avropa Liqasında İsrail “Maccabi”sinə (Hayfa) 0:8 hesabıyla uduzandan sonra hələ də tam özümüzə gələ bilməmişik. Bunun üçün bizə vaxt lazımdı. “Sumqayıt”la oyunda da məhz bu amil öz sözünü dedi.
 
- Oynadığınız komandalardan hansındasa belə məğlubiyyətlə üzləşmişdiniz?
- Xeyr! Bu, karyeramda ilk belə məğlubiyyət oldu.
 
- Depressiyadan çıxa bilmisiz?
- 4-5 günə özümə gəldim. Heç kimlə danışmaq istəmirdim. Sadəcə şokda idim! Fikrimcə, bizə tez bir zamanda komanda kimi bütövləşmək lazımdı. Özü də bu, təkcə oyunlar zamanı yox, hər zaman belə olmalıdı.
 
- Sizə elə gəlmir ki, sizin işləriniz AZAL-la müqayisədə “Xəzər Lənkəran”da bir o qədər də yaxşı alınmır?
- Harda oynamağımdan asılı olmayaraq, həmişə özümü yaxşı tərəfdən göstərməyə çalışmışam. “Xəzər Lənkəran” mənim üçün yeni komandadı. Sizi əmin edirəm ki, zaman keçdikcə mən yeni komandamda AZAL-dakından da yaxşı çıxış edəcəyəm. Amma mən təkbaşına heç nəyə nail ola bilmərəm. Bunun üçün komanda yoldaşlarımın da yaxşı oynaması lazımdı ki, mən də yaxşı keyfiyyətlərimi nümayiş etdirə bilim.
 
- “Sumqayıt”la oyundakı xal itkisi növbəti matçlarda komandaya pis təsir göstərməyəcək ki?
- Mövsüm hələ qarşıdadı. Amma bizə qələbə çox lazımdı. Baxımlı oyun heç bir o qədər də önəm kəsb etmir. Biz sadəcə nəticə qazanmağa çalışmalıyıq. İlk turda iki xal itirdik. Lakin bunu özümüzə dərd etməməliyik. Əksinə, növbəti oyunlarda eyni aqibətlə üzləşməməyə cəhd göstərməliyik. İnanıram ki, qarşıda özümüzü göstərə biləcəyimiz oyunlar çox olacaq.
 
- “Simurq”la oyundan nə gözləyirsiz?
- Hədəfimiz Zaqatala klubuna qalib gəlməkdi. Evdə oynayacağıq. Bu üzdən mütləq qələbə qazanmalıyıq. Bu oyuna diqqətli hazırlaşmalıyıq.

- “Xəzər Lənkəran” 4-cü turda “Neftçi” ilə qarşılaşacaq. Bu oyuna qədər tam hazır ola biləcəksiz?
- Bu oyun bizim üçün çox vacibdi. Çünki bizi yalnız qələbə qane edəcək.
 
- Sizcə, çempionatın əsas favoriti hansı komandadı?
- Qoy heç kim inciməsin: əsas favorit “Xəzər Lənkəran”dı. Sadəcə, bizə bir qədər güclənmək lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.