7 avqust 2013 18:28
İmaməliyev dubl etdi, Araz darmadağına sevindi
Naxçıvanın “Araz” klubu Birinci Divizionun yeni mövsümünə hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, yeni yaradılan və Əsgər Abdullayevin baş məşqçisi olduğu komanda artıq ilk yoxlama oyununu da keçirib.
“Araz”ın rəqibi Naxçıvan Dövlət Universitetinin yığma komandası olub. Qarşılaşma Abdullayevin yetirmələrinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu oyunda Emin İmaməliyevlə Rəhman Musayev dublla yadda qalıb. Mikayıl Rəhimovla David Canalidze isə hərəyə bir qol vurub.
