7 avqust 2013 18:54

İspaniya yığması ilə AÇ-ni qazanan futbolçular rəsmən Bakıda! (FOTO)

“Bakı” daha iki futbolçu ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, bunlar keçidi xeyli müddət idi gündəmdə olan ispaniyalı futbolçular - Mario Alvares və Ruben Qonsalesdi.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, onların hər ikisi ilə 2 illik müqavilə bağlanılıb.
 
Mario Alvares kimdi?
 
Bu futbolçu 1982-ci ildə, fevralın 2-də İspaniyanın Tenerife şəhərində anadan olub. 31 yaşlı müdafiəçi Madrid “Atletico”sunun yetirməsidi. Amma o, peşəkar karyerasına 1999-cu ildə “Amoros”da başlayıb. 2000/01 mövsümündə “Atletico”nun B komandasında 28 oyun keçirən müdafiəçi 2001-2006-cı illər aralığında “Valladolid”də forma geyib. Burda 90 oyuna 3 qol da vuran futbolçu 2003-2004 mövsümündə “Barcelona”ya icarə verilib. Lakin o, bu klubda cəmi 1 matça çıxıb. 2006-2007 mövsümündə Alvarez “Recreativo”nun uğurları üçün çalışıb (24 oyun, 1 qol). 2007-2011-ci illər aralığında “Getafe”də 59 oyuna çıxan futbolçu 2011-ci ildən “Betis”də idi. O, son klubunda 32 oyuna çıxıb və 1 dəfə fərqlənib.
 
Alvarez vaxtilə İspaniyanın U-16, U-17, U-18 və U-21 yığmalarında da çıxış edib. U-16-nın heyyətində Avropa Çempionu titulunu qazanıb.
 
Ruben Qonsales Roşa kimdi?
 
Ruben 1982-ci ildə, yanvarın 29-da İspaniyanın Santyaqo De Kompostela şəhərində anadan olub. Madrid “Real”ının yetirməsi olan 31 yaşlı Roşa peşəkar karyerasına 2001-ci ildə məhz bu klubun B komandasında başlayıb. 87 oyunda 4 qol vuran müdafiəçi həmin 2006-cı ilədək çıxış etdiyi “Real”ın əsas heyətində də 4 oyuna çıxıb. 2004-cü ildə Ruben Qonsales Almaniyanın “Borussia” (Münhenqladbax) klubuna icarəyə verilsə də, burda cəmi 3 oyun keçirib. 2004-2005 mövsümündə bu futbolçu “Albacete”də də icarə əsasında 22 oyuna çıxıb. 2006-cı ildə isə o, “Racing”ə transfer olunub. Burda 34 oyuna 2 qola imza atan Roşa növbəti ilə “Celta”ya keçib və 2009-cu ilədək 70 qarşılaşmada 1 qol vurub. 2009-2011-ci illər aralığında o, “Mallorca”da çıxış edib (31 oyun, 3 qol). 2011-ci ildən çıxış etdiyi “Osasuna”da isə cəmi 26 oyun keçirib.
 
Mario Alvares kimi, Roşa da İspaniyanın bir neçə aşağı yaş qrupundan ibarət yığmasında çıxış edib. Belə ki, o, U-16, U-17, U-18, U-20 və U-21-də forma geyib. Qonsales də U-16 ilə Avropa Çempionu titulunu qazanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.